18 noyabr 2015 16:40

Şahin Diniyev: Bir şeyi deyə bilərəm ki, Qarabağla oyun maraqlı olacaq

Noyabrın 21-də “Kəpəz” Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev qarşıdakı oyun öncəsi klub saytına matçla bağlı fikirlərini açıqlayıb:

“Adi təqvim oyununa uyğun olaraq “Qarabağ”la görüşə hazırlaşırıq. Hazırlıq planında dəyişiklik yoxdur. Heyətdə problemlərin olması narahatlıq doğurur. Nəsə dəyişiklik etmək istəyirik, amma bu nə qədər alınacaq, bilinmir. Qarşıdakı üç gün ərzində məşqlərə baxıb qərar verəcəyik, daha hazılıqlı oyunçudan istifadə etməyə çalışacağıq”.

Nəzərinizə çatdıraq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə gərgin mübarizə şəraitində keçən oyunda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlmişdi. Bu səbəbdən tərəflər arasında 13-cü turda baş tutacaq oyun da maraqla gözlənilir: “Ağdam klubunun necə komanda olması haqda geniş danışmağa ehtiyac görmürəm. Həmişəki kimi bizim üçün çətin oyun olacaq. Gəlin etiraf edək ki, “Qarabağ” görüş öncəsi favorit sayılır. Oyunun necə alınmasından çox şey asılı olacaq. Heyətimizdəki itkilər bizə problemlər yaradacaq. Ancaq bir şeyi deyə bilərəm ki, maraqlı oyun olacaq. Çempionatda həm “Qarabağ”, həm də “Kəpəz” uğuru rəqib qapısında axtarır, müdafiədə oturmur. Hər iki komanda hücum futbolu oynacaq. Bu üzdən azarkeşlər üçün də matç darıxdırıcı alınmayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.