18 noyabr 2015 15:30
Qara Qarayev: Moldova ilə oyun gələcəyə nikbin baxmağa imkan verir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev Moldovaya qarşı yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Komandamızın üzvləri baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışdılar. Qələbə qazandığımız üçün çox sevincliyəm. İli belə bir qələbə ilə başa vurmaq vacib idi. Ümid edirəm ki, növbəti ilə də belə qələbə ilə başlayacağıq və davamını gətirəcəyik. Moldova ilə oyunda meydana çoxlu gənc futbolçu çıxsa da, sərgilədiyimiz oyun kifayət qədər yaxşı idi. Fikrimcə, millimizin oyunu gələcəyə nikbin baxmağa imkan verir".
