18 noyabr 2015 12:45

Elxan Məmmədov: Bizimkilər göstərmək istəyirdilər ki, Şeydayevdən heç də zəif deyillər

AFFA-nın baş kativi Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Rusiya oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Gənclər yığmamızdan belə böyük hesablı qələbə gözləyirdiniz?
- Yığmamız buna qədər altı oyun keçirmişdi və təəssüf ki, həmin görüşlərdə cəmi üç xal qazanmışdıq. Növbəti üç xalımızı Rusiya ilə oyunda qazanmağımız xoş oldu. Sevindiricidir ki, bu üç xalı üç qolla qazandıq. Komandamız hətta hesabda öndə olarkən də müdafiədə oturmadı, sonadək hücumlarını davam etdirdi. Bu, çox vacibdir. İnanıram ki, yığmamız gələcəkdə də bizi belə qələbələrlə sevindirəcək. Xüsusilə də Rusiya ilə səfər oyununda.

- AFFA Rusiya yığmasında çıxış edən azərbaycanlı futbolçulara - Ramil Şeydayevlə Ayaz Quliyevə bir neçə dəfə millimizdə oynamağı təklif etsə də, onlar bunu qəbul etməyiblər...
- Yığmamızın qapıları onların üzünə həmişə açıqdır. Biz onlara təklif göndərmişik, görüşüb, söhbət etmişik. Onların doğma vətəni Azərbaycanın yığma komandasında oynamağını biz də istəyirik. İndi bizə bircə ona ümid etmək qalır ki, uşaqların vətənpərvərlik hissi öz sözünü deyəcək.

- Futbolçularımızı Rusiyaya qarşı xüsusi motivasiya etmişdiniz? Rəqibin heyətində Ramil Şeydayevin meydanda olmasını futbolçularımız üçün əlavə stimul saymaq olar?
- Rəqibin istənilən futbolçusuna qarşı oynamaq stimuldur. Əlbəttə, bizim futbolçularımız da yaxşı başa düşürdülər ki, onlara qarşı azərbaycanlı, özü də güclü bir oyunçu çıxış edir. Amma bizimkilər göstərmək istəyirdilər ki, Ramildən heç də zəif deyillər.

- Son günlərdə oyun alverində adı hallanan Xaqani Məmmədovun məsələsi nə yerdədir?
- Bununla bağlı komissiya yaradılıb. Komissiyanın araşdırmasının nəticəsi ictimaiyyətə də açıqlanacaq.

- Komissiya üzvləri məlumdur?
- Bu, sirrdir. Bu məsələdə üç adamın adı hallanır. Ona görə də komissiya üzvlərinin gizli qalmasına qərar verdik. Bunu sadəcə, AFFA və PFL rəhbərliyi bilir.

- Məmmədovun AFFA Hakimlər Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılması mümkündür?
- Komissiyanın bu məsələ ilə bağlı qərar qəbul etməsi üçün 60 gün vaxtı var. Bu, az vaxt deyil. Amma qərar bir ay sonra da açıqlana bilər. Bu qərar yazılı şəkildə təqdim olunacaq. Biz də onu ictimaiyyətə açıqlayacağıq.

- Xarici ölkələrdə belə hadisələr olanda adı danışılmış oyunlarda hallanan şəxs müvəqqəti də olsa, postundan uzaqlaşdırılır...
- AFFA rəhbərliyi öncə bu məsələni hərtərəfli araşdırmağa qərar verdi. Lazım olan qərarları yalnız bu araşdırmadan sonra qəbul edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.