18 noyabr 2015 11:45

Xəzər Lənkəranlılar millidə: 3-cü kapitan, 27-ci debütant

2015-ci ildə son matçını keçirən Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Xəzər Lənkəran”ın 2 futbolçusu meydana çıxıb. 90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib. O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudur.

Millidə 48-ci oyununu keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdır. Yarımmüdafiəçi millidə buna layiq görülən 3-cü “Xəzər Lənkəran”lıdır. 2007-ci il oktyabrın 17-də Serbiya ilə AÇ-2008-in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt “ağ-yaşıllar”ın üzvü idi. 2012-cü il noyabrın 14-də DÇ-2014-ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) "Xəzər Lənkəran"ı təmsil edən Ruslan Abışov kapitan olmuşdu.

Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də “Xəzər Lənkəran”ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə oyuna daxil olub. Karyerasında ilk dəfə milli forma geyən Rzazadə “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. Komandanın yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 26 üzvü millinin matçlarında meydana çıxmışdı ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olmuşdu. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadır.

Digər "Xəzər Lənkəran"lı futbolçu Elnur Cəfərovun çıxış etdiyi U-21 millisi isə AÇ-2017 seçmə mərhələsi çərçivəsində ev Rusiyadan həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın etdi. Cənub klubunun yetirməsi start heyətində yer alıb və 63 dəqiqə meydanda olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.