18 noyabr 2015 11:00
Maksim Medvedev: Yaxşı oyunla müsbət nəticə qazandıq
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Moldovaya qarşı keçirilmiş yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bu, ilin son oyunu idi. Bu üzdən də ili müsbət nəticə ilə başa vurmaq istəyirdik. Hələ toplanışın ilk günündən uşaqların hamısı qələbəyə köklənmişdi. Gördüyünüz kimi, yaxşı oyunla müsbət nəticəyə nail olduq. Moldova kimi komanda üzərində qələbə qazandıq".
