18 noyabr 2015 01:00

Rəşad Sadıqov: Baş məşqçi ilə söhbətdən sonra yığmada qalmağa qərar verdim

Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığması Moldova ilə yoxlama oyununda (2:1) necə təsir bağışladı?
- Maraqlı oyun izlədik. Hərdən komandamız təşəbbüsü əldən versə də, bütövlükdə, yaxşı futbol sərgilədi. Uşaqlar çoxlu qol vəziyyəti yaratmağa nail oldular. Sadəcə, onların hamısından yararlana bilmədilər. Əsas odur ki, qələbə qazandıq. Bu oyun gələcəyə ümidlə baxmağa əsas verdi.

- Azərbaycan yığmasındakı karyeranızla bağlı qərarınızı verdiniz?
- Baş məşqçi Robert Prosineçki ilə bu barədə üç dəfə söhbətimiz oldu. Sonuncu görüşün ardından millidəki karyeramı davam etdirməyə qərar verdim. Yığmada daha nə qədər oynayacağımı isə zaman göstərəcək.

- Deməli, özünüzü milliyə kömək etməyə hazır sayırsınız?
- Komandamıza faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Əksini hiss etsəm, dərhal yığmadakı karyeramı başa vuraram.

- Bu ili yığmamız üçün necə qiymətləndirmək olar?
- 2015-ci ili uğurlu saymaq olar. 2014-cü il bizim üçün uğursuz alındı. Buna görə milliyə yeni baş məşqçi təyin olundu. Moldova ilə oyunda hücum etməyi, yaxşı kombinasiyalar qurmağı bacaran yığma komanda gördük. Bütün bunlar sevindirməyə bilməz. Fikrimcə, bu il bizdə yeganə alınmayan Bolqarıstanla görüşdə (0:2) özümüzü göstərə bilməməyimiz oldu. Hətta İtaliyaya 1:3 hesabıyla uduzduğumuz görüşdə də Sofiyadakından daha yaxşı oynamışdıq.

- Millinin sərgilədiyi oyun növbəti tsikl üçün ümid verir?
- Ümidlər çoxdur. Baş məşqçi də bizə inanır. O, hətta fərdi görüşlər zamanı da ümidini gizlətmir. Biz də növbəti tsiklin yığmamız üçün daha uğurlu olmasını istəyirik.

- Zədədən sonrakı vəziyyətiniz necədir? "Qarabağ"a Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı oyunda kömək edə biləcəksiniz?
- Həkimlər də bu oyuna qədər sıraya dönməyimə çalışırlar, özüm də. Amma nə dərəcədə hazır olacağıma yalnız oyun ərəfəsində aydınlıq gələcək. Hər gün saat 11:00-dan etibarən həkimlərin yanında 5-6 saat vaxt keçirirəm.

- Məşq edirsiniz?
- Hələ yox. Yalnız sabahdan (bu gün) 10-12 dəqiqə qaçmağıma icazə veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.