18 noyabr 2015 00:40
Ağabala Ramazanov: Milliyə layiq olduğumu isbatlamaq istəyirdim
Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov Moldovaya qarşı Bakıda keçirilmiş yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesablı qələbədən sonra bunları söyləyib:
"Yığma komandaya çoxdan idi çağırılmırdım. Amma bu oyunda mənə də şans verdilər. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Öz oyunumla milliyə dəvət almağa layiq olduğumu sübut etməliydim. Çünki bu, mənim gələcəkdə də yığmaya çağırılmağım üçün bir şans idi. Bir qol vurmaqla kifayətlənə bilmərəm. Çempionat oyunlarında da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, millinin növbəti toplanışlarına dəvət alım". (CBC)
