18 noyabr 2015 00:30
Rahid Əmirquliyev: Millimiz qələbəyə layiq oynadı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev Moldovaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Pis oyun sərgiləmədik. Qələbəyə layiq idik. Şadam ki, ilin son oyununda qalib gəldik. Öz səhvimizdən qol buraxsaq da, ikinci yarıda bu səhvimizi düzəltdik və qələbə qazandıq".
