18 noyabr 2015 00:25
Rəşad Sadıqov: Yığmanın oyununu kənardan izləmək asan deyildi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov zədə səbəbindən iştirak etmədiyi Moldovaya qarşı yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, yığmanın oyununu kənardan izləmək asan deyildi. Amma meydanda maraqlı oyunun şahidi olduq. Hərdən uşaqlar oyuna nəzarəti itirsələrdə, bütövlükdə yaxşı çıxış etdilər. Çoxlu qol vəziyyəti yaratdılar".
