18 noyabr 2015 00:20

Robert Prosineçki: Milli komanda daha da güclü olacaq

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Moldovaya qarşı Bakıda keçirilmiş yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:1 hesablı qələbədən sonra öncə bunları söyləyib:

“Birinci hissədə göstərdiyimiz oyun indiyəqədərki ən yaxşı oyunumuz idi. Doğrudur, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım. Milli bu gün ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi. Müxtəlif səbəblərdən Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə mərhələdə Azərbaycana gələcək komandaları çətin oyun gözləyəcək”.

"Yeni futbolçular ümidlərimi doğrultdular. Pavel Paşayevlə Rəhman Hacıyev bu gün ilk dəfə yığmanın start heyətində meydana çıxdı. İkinci hissədə daha gənc oyunçuları meydana buraxdıq. Daha çox Ağabala Ramazanovu qeyd etmək istəyərdim. Çünki o, bu gün qol da vurdu. Amma bütövlükdə, futbolçuların hər birindən razıyam".

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, yığmamız bundan da yaxşı oynaya bilər: "Eddi İsrafilov İspaniyanın "Eybar" klubunun əsas heyətində oynamağa başlayıb. Dmitri Nazarov Almaniyanın "Karlsrue" klubunda çıxış edir. Uzun müddətdir zədəsini sağaltmaqla məşğul olan Namiq Ələsgərovu da unutmamaq lazımdır. Cavid Hüseynovun da futbola qayıdacağına inanıram. Ona görə də yığma komanda daha güclü olacaq".

Gələcək Rəşad Sadıqovu müdafiə xəttində kimin əvəzləyəcəyinə dair suala Prosineçkinin cavabı belə oldu: "Rəşad yığma karyerasını başa vursa, onun mövqeyinə hələ real namizədimiz yoxdur. Maksim Medvedev? Bəli, o, bu mövqedə bir neçə dəfə oynayıb. Amma müdafiənin mərkəzi onun yeri deyil".

Xorvatiyalı mütəxəssis ötən gün Rusiyanı 3:0 hesabıyla məğlub edən gənclərdən ibarət yığma komandamız barədə də söz açıb: "Azərbaycanın gənclərdən ibarət yığmasının bütün oyunlarına baxıram. Elvin Camalovla Elnur Cəfərov Rusiyaya qarşı çıxış etdilər. Fikrimcə, U-21-in bu gün vacib oyunu olmasaydı, onlar Moldovaya qarşı oynaya bilərdilər".

Prosineçki Almaniyanın "Germaniya Halberştadt" klubunda forma geyən Rüfət Dadaşovu milliyə çağırmamasına da aydınlıq gətirib: "O, Almaniyanın 4-cü liqasında çıxış edir. Siz 4-cü liqada çıxış edən futbolçunu Azərbaycan Premyer Liqasında top qovan oyunçulardan güclü hesab edirsinizsə, onda biz nəyisə düz etmirik. Onda mən burada əbəs yerə çalışıram. Mən Rüfəti yığmanın hücum xəttinə alternativ görmürəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.