18 noyabr 2015 00:10
İqor Armaş: Azərbaycan qələbəyə layiq idi
Moldova yığmasının müdafiəçisi İqor Armaş Azərbaycan millisinə qarşı Bakıda keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yoxlama oyunu olsa da, meydanda çoxlu mübarizə vardı. Futbolçular sərt oyundan çəkinmirdilər. Hər iki kollektiv qələbə qazanmaq istəyirdi. Fikrimcə, Azərbaycan qələbəyə layiq idi. Futbolda qələbəni daha çox istəyən qazanır. Bu gün həmin komanda Azərbaycan yığması idi". (CBC)
