17 noyabr 2015 20:00
Ramil Şeydayev: İstədiyimiz oyunu sərgiləyə bilmədik
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının hücumçusu Ramil Şeydayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"İstədiyimiz oyunu sərgiləyə bilmədik. Buna baxmayaraq, qol vəziyyətləri yarada bilirdik. Sadəcə, qol vurmağı bacarmadıq. Ələ düşən vəziyyətlərdən yararlana bilsəydik, hesab belə olmazdı".
