17 noyabr 2015 19:45
Kərəm Benke: Rusiya üzərində qələbə gözlənilməz olmadı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Kərəm Benke AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirilmiş ev oyunundan (3:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı başladıq, qol vura bildik. Bu, bizim üçün üstünlük oldu. Qoldan sonra oynamaq asanlaşdı. Ümumiyyətlə, bizim yaxşı kollektivimiz var. Sadəcə, görünür əvvəlki oyunlarda qələbə qazanmaq qismət deyilmiş. Bundan sonra qoy hamı bilsin ki, biz bütün oyunlara qələbə üçün çıxacağıq. Rusiya üzərində qələbə də gözlənilməz olmadı".
