17 noyabr 2015 17:40

Şəhriyar Əliyev: Çempionatda asan rəqib yoxdur

“Qarabağ”la oyunun hazırlığına dünəndən başlamışıq. Hər şey yaxşıdır, meydana bizə lazım olan nəticəni qazanmaq üçün çıxacağıq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev deyib.

Klubun rəsmi saytına danışan Əliyev Topaz Premyer Liqasının 13-cü turunda komandasının Ağdam klubu ilə keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb: “Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Hamı qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür. Bu haqda futbolçulara əlavə nəsə deməyə ehtiyac yoxdur. Güclü rəqibə qarşı mübarizə aparacağıq”.

AZAL-la yoxlama oyununda yüngül zədə alan Şəhriyar artıq komanda ilə birgə məşqlərə çıxır: “İndi özümü yaxşı hiss edirəm, ayağım əzilmişdi. Heyətdə cəza və zədəli futbolçularımız var. Bununla belə, güclü rəqibə qarşı layiqli futbol oynamağa çalışacağıq. Çətin oyun olacaq. Çempionatda asan rəqib yoxdur, “Qarabağ”ı da hamı yaxşı tanıyır. Biz də özümüzə güvənirik”.

Xatırladaq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə keçirilən oyunda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.