17 noyabr 2015 16:45

Sadıq Sadıqov: Bu, mənim üçün gözlənilməz oldu

"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov 50 illik yubileyi ilə əlaqədar azrisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" İdman klubunun hansı uğurları sizin üçün daha yaddaqalan oldu?
- Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında çoxlu uğurlarımız oldu. Ən yaddaqalan uğurlarımız isə Birinci Avropa Oyunlarında oldu. Fikrimcə, "Neftçi"nin idmançıları Azərbaycanı layiqli şəkildə təmsil etdilər.

- Gözlədiyiniz hər kəsdən təbrik aldınız?
- Çoxlu təbriklər olub. Yenə də olacaq.

- "Neftçi"dən sizi təbrik edən olub?
- Ad günümdə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev zəng etmişdi, mənə uğurlar və can sağlığı arzuladı. Klubun icraçı direktoru Elnur Məmmədov da zəng etmişdi.

- Premyer Liqanın, xüsusilə "Neftçi"nin oyunlarına baxırsınız?
- Cüdo Federasiyasındakı işlərimlə, səfərlərlə bağlı çempionat oyunlarını izləməyə xüsusi vaxtım olmur. Amma mən nəticələrlə maraqlanıram. Bilirəm ki, "Neftçi" elə də uğurlu çıxış etmir.

- Əsgər Abdullayevin Samir Əliyevin əvəzində baş məşqçi təyin olunacağını gözləyirdiniz?
- Bu, mənim üçün gözlənilməz oldu. Amma klubun Müşahidə Şurasında kifayət qədər mütəxəssis var. Fikrimcə, onların rəhbərliyi altında komanda ayağa qalxa biləcək və uğurlu çıxış edəcək. Mən özüm də klub rəhbəri olmuşam və bilirəm ki, uğursuz nəticələr futbolçulara çox pis təsir edir. Səbrli olmaq və "Neftçi"yə inanmaq lazımdır. Əminəm ki, komanda əvvəlki qüdrətini bərpa edə biləcək.

- Cüdo Federasiyasının rəhbərliyi dəyişdikdən sonra idmançıların problemləri tam həllini tapıb?
- Cüdoçuların problemi yox idi. Müəyyən fikir ayrılıqları var idi, bunlar da artıq geridə qalıb. Hədəfimiz Rio-de-Janeyro Olimpiadasına maksimum lisenziya qazanmaqdır. Ondan sonra isə Olimpiada barədə düşünəcəyik. Rioda ən yüksək səviyyədə çıxış etmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.