17 noyabr 2015 16:00
Türkiyə yığmasının məşqçisi: Bakıda süni örtükdə oynadığımız üçün öncə çətinlik çəkdik
Türkiyənin U-19 yığmasının baş məşqçisi Vədat İncəəfə AÇ-2017-nin əsas seçmə mərhələsinin Bakıda təşkil olunan qrup oyunlarından danışıb. Azerisport.az xəbər verir ki, sonda qrup lideri kimi elit mərhələyə vəsiqə qazanan "ay-ulduzlular"ın çalışdırıcısı Türkiyə Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Matçların sintetik meydanda oynanılması səbəbindən öncə çətinliklər yaşadıq. Bosniya və Herseqovina ilə matçdakı məğlubiyyət də məhz bundan qaynaqlanırdı. Ancaq zaman keçdikcə doğru olanı etdik və qrupu lider kimi başa vurub, elit mərhələyə vəsiqə qazandıq. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".
