17 noyabr 2015 15:45
Vidadi Rzayev: Fikrimcə, milli komandamız Moldovaya qalib gələcək
Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayev bu gün baş tutacaq millimizlə Moldova arasındakı yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əvvəllər biz Moldova yığmasına uduzurduq. Amma indi başqa zamandır. Yığmamız seçmə mərhələ çərçivəsində keçirdiyi son iki oyunda uduzsa da, bu il bir qədər artırıb. İlin son oyununda Moldova üzərində qələbə qazanmaq lazımdır. Fikrimcə, uşaqlar buna nail ola biləcəklər".
