17 noyabr 2015 13:15
Ramiz Məmmədov İran klubunu çalışdıra bilər
"Qəbələ"nin sabiq baş məşqçisi Ramiz Məmmədov İran klubundan təklif alıb. Azerisport.az saytına açıqlamasında bunu təsdiq edən mütəxəssis hələlik, hansı klubun maraq dairəsinə düşdüyünü açıqlamayıb.
Məmmədov sadəcə, onu bildirib ki, həmin klub İranın güclülər dəstəsində çıxış edir:
"Hazırda danışıqlar davam edir. Ona görə də sizə konkret nəsə deyə bilmirəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək".
