17 noyabr 2015 12:45
Ansi Aqolli Gürcüstana qarşı 90 dəqiqə oynadı
Albaniya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin heyətində yer aldığı bu komanda Gürcüstanla üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabıyla bitib. Start heyətdə meydana çıxan Ağdam klubunun üzvü 90 dəqiqə meydanda olub.
