17 noyabr 2015 12:15
Elçin Məmmədov BATE – Bayer oyununa təyinat aldı
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Bayer Leverkuzen" (Almaniya) oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, o, bu oyunda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
