17 noyabr 2015 12:00

Anar Nəzirov: Hədəf qalib gəlib, azarkeşləri sevindirməkdir

Azərbaycan yığmasının və "Zirə"nin qapıçısı Anar Nəzirov bu gün baş tutacaq Moldova ilə yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Moldova ilə oyun bizim üçün nə dərəcədə vacibdir?
- Bu, yoxlama görüşüdür. Oyun baş məşqçiyə futbolçuların hazırlıq səviyyəsini yoxlamağa, kimin hansı səviyyədə olduğunu müəyyənləşdirməyə imkan verəcək. Yığma səviyyəsində keçirilən istənilən oyun vacibdir. Ona görə də biz bu görüşə ciddi hazırlaşırıq.

- Bu oyun millimizə nə verəcək?
- Biz FİFA reytinqindəki mövqeyimizi yaxşılaşdıra bilərik. Allah eləsin ki, qələbə qazanaq və reytinqi xalımızı artıraq. Qazanılacaq qələbə komandada özünəinamı artırmış olacaq. Hədəfimiz qələbə qazanıb, azarkeşlərimizi sevindirməkdir.

- "Zirə"də pis çıxış etmirsiniz. Moldova ilə oyunun start heyətində meydana çıxmağınız nə dərəcədə realdır?
- Məni yığmaya dəvət etdiklərinə görə məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Peşəkar futbolçuyam. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram və öz şansımı gözləyirəm. Yığmada hazırda 4 qapıçı var. Kimin oynaması vacib deyil, əsas yığmanın uğur qazanmasıdır.

- Rəqib barədə nə deyə bilərsiniz?
- Moldova yığmasının son aylarda məğlubiyyətlərlə üzləşdiyini bilirəm. Onlar hazırda uğursuz zolaqdan çıxmağa çalışırlar. Moldova mətbuatından oxuduğuma görə, onlar bizimlə oyuna çox ciddi hazırlaşırlar. Uğursuz seriyaya Azərbaycanla oyunda son qoymaq ümidindədirlər. Bu baxımdan maraqlı oyun olacağı şübhəsizdir. Düzünü desəm, bu iki komanda elə bərabər səviyyədədir.

- Azərbaycan yığması da seçmə mərhələnin son oyunlarında məğlub olub. Belədə, futbolçularımızın Moldova ilə görüşə öz gücünə inamsız halda çıxacağını söyləmək olar?
- Məğlub olsaq da, komandamız bütün görüşlərdə maraqlı futbol sərgiləyib. Komandada özünəinam var.

- Bu oyuna itkilərlə çıxacaqsınız. Bu, millimizin oyununa nə dərəcədə təsir edə bilər?
- Hamı yığmaya kömək etmək üçün gəlir. Kim şans qazanacaqsa, yığmaya faydalı olmaq üçün əlindən gələni edəcək.

- Bir sual da "Zirə" barədə. Komandanızın uğurlu çıxış etdiyini nəzərə alsaq, Avropa Liqasına vəsiqə qazanmaq şanslarınız barədə nə deyə bilərsiniz?
- Komandamız yenicə yaranıb. Hələ indidən Avropa Liqası barədə düşünmək tezdir. Əsas hədəfimiz hər oyunda üç xal qazanmaqdır. Ona görə də belə davam etsək, niyə də Avroliqaya vəsiqə qazanmayaq? Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək. Biz öz işimizi davam etdiririk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.