17 noyabr 2015 18:55

Millimiz Rusiyanı 3 qolla məğlub etdi

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız bu tsikldəki yeddinci oyununda Rusiyanı qəbul edib.

Qeyd edək ki, yalnız ilk turda səfərdə Farer adalarına 1:0 hesabıyla qalib gəldikdən sonra futbolçularımız Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3, səfərdə 1:3) və Finlandiyaya (evdə 0:1) uduzmuşdu. Bu üzdən də komandamız uğursuz gedişata son qoymaq üçün Rusiyaya mütləq qalib gəlməliydi.

Rusiya da bu seçmə mərhələdə uğurlu çıxış etmirdi. Şimal qonşularımız  Finlandiya (0:2) və Avstriyaya (3:4) məğlub olsa da, yalnız bir neçə gün öncə Farer adalarına doğma meydanda qalib gəlmişdilər - 2:0. Amma onlar yığmamızla görüşdə növbəti dəfə uğursuzluqla üzləşiblər. Yaşar Vahabzadənin çalışdırdığı komandamız rəqibini 3 cavabsız qolla məğlub edərək, xallarının sayını 6-ya çıxarıb.

Bu gün millimizin qrupunda daha bir görüş keçiriləcək. Liderlər Almaniya və Avstriya yığmaları zirvənin tək sahibini müəyyənləşdirməyə çalışacaqlar.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup

17 noyabr

Azərbaycan - Rusiya - 3:0 (2:0)
Qollar: K.Benke, 11 (1:0). K.Benke, 39 (2:0). E.Abdullayev, 69-pen. (3:0).
Sarı vərəqə: N.Çernov, 51. D.Barinov, 60. Ş.Məhəmmədəliyev, 82.
Baş hakim: Eytan Şmulevits (İsrail).
Bakı. "Bayıl Arena".

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev (18. Fuad Bayramov, 90), 20. Azər Salahlı (k), 7. İltər Taşkın, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 10. Elnur Cəfərov (17. Abbas Hüseynov, 63), 11. Kərəm Benke (9. Fəhmin Muradbəyli, 82).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 14. Nicat Muxtarov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Hocaniyazov, 19. Sergey Makarov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 10. Aleksey Mirançuk (7. Aleksey Qasilin, 46), 11. Aleksandr Taşayev (21. Konstantin Saviçev, 58), 17. Yevgeni Kirisov, 9. Ramil Şeydayev (20. Andrey Panyukov, 65).
Ehtiyat oyunçular: 22. İqor Obuxov, 15. Aleksandr Kleşenko, 13. Vladislav Levin, 18. İqor Konovalov.
Baş məşqçi: Dmitri Xomuxa.

1Almaniya4400161+1512
2Avstriya4400153+1212
3Finlandiya53026609
 4Azərbaycan7205516–116
 5Rusiya410359–43
6Farer adaları4004012–120

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.