17 noyabr 2015 01:30

Azərbaycan yığması üçün ilin son sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız 2015-ci ildəki sonuncu oyununda Moldovanı sınağa çəkəcək.

Qeyd edək ki, Moldova Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz bu komanda ilə 9-cu dəfə üz-üzə gələcək. Əvvəllər yığmamız moldovalılarla 8 yoxlama görüşü keçiribsə, 2 oyun da DÇ-2002-nin seçmə mərhələsinə təsadüf edib. Həmin görüşlərdə qol vura bilməyən komandamız Bakıda 0:0 hesablı heç-heçəyə nail olubsa, Kişinyovda 0:2 hesabıyla uduzub. Qalan altı görüş isə yoxlama oyunu olub. Həmin görüşlərdən yalnız ikisi Bakıda baş tutub ki, birində 1:0 hesabıyla qalib gəldiyimiz halda, digərində 0:0 hesablı heç-heçə qeydə alınıb. Kişinyovdakı sınaq matçlarından ikisində millimiz 1:2 hesablı məğlubiyyətlə üzləşib. Qalan iki görüşdə isə heç-heçə (0:0 və 1:1) qeydə alınıb. Bir sözlə, moldovalılarla görüşlərin balansı xeyrimizə deyil. 8 oyundan yalnız birində qalib gəldiyimiz halda, dörd dəfə heç-heçəyə razılaşıb, 3 görüşdə məğlub olmuşuq. Top fərqi də xeyrimizə deyil - 4:7.

Moldova yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 154-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli öndə - 115-ci pillədə qərarlaşıb. Moldova millisinə rumıniyalı mütəxəssis Ştefan Stoyka başçılıq edir.

Moldovalılarla qarşılaşma Azərbaycan millisinin 2015-ci ildə 9-cu oyunu olacaq. Rəsmi oyunlarda yığmamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Maltaya qalib gəlib (2:0), səfərdə Norveçdən (0:0) və maltalılardan (2:2) xal alıb. Daha bir rəsmi oyunda isə Xorvatiya ilə Bakıda qolsuz heç-heçəyə razılaşmışıq. İtaliyaya doğma meydanda 1:3 hesabıyla uduzan komandamız Bolqarıstana da səfərdə məğlub olub - 0:2. Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serbiya ilə qarşılaşmada isə böyük hesablı məğlubiyyət qeydə alınmışdı - 1:4. Ümid edək ki, ilin son oyunu komandamız üçün daha uğurlu alınacaq.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 219-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 59-da da heç-heçə ilə təsəlli tapmışıq. 120 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 154 qol vurduğumuz halda, öz qapımızdan 374 top çıxarmışıq.

Yoxlama oyunu
17 noyabr

21:00. Azərbaycan - Moldova
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı - Gürcüstan), Rauf Cabbarov (Azərbaycan).
Bakı. Olimpiya stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.