17 noyabr 2015 00:15

Ağasəlim Mircavadov: Rəşad Sadıqov millidən getsə, ona indidən əvəzləyici tapmalıyıq

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- Gənclərdən ibarət yığmamızın AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı səfər oyununa siz də getmişdiniz. Canlı izlədiyiniz görüşlə bağlı fikirlərinizi bilmək istəyərdik...
- Digər oyunlarla müqayisədə, yığmamız bu dəfə yaxşı çıxış etdi. Şübhəsiz ki, rəqib çox güclü idi. Almaniya yığmasının üç üzvü öz klubunda əsas heyətdə çıxış edir. Bütövlükdə, əksər komponentlərdə almanlardan geri qalırıq. Yığmamız görüşdə hesabı açan tərəf olsa da, uşaqlarda həyəcan hiss olunurdu. Elə təəssürat yaranırdı ki, uşaqlar rəqibdən inanılmaz nəsə gözləyirlər. Almanlar isə əksinə, sakit və sadə oynamağa davam etməklə üç qol vurmağa nail oldular.

- Nəticədə, növbəti məğlubiyyətlə üzləşdik...
- Komanda özünəinamı artırmalıdır. Futbolçularımız hətta hesabda 1:0 öndə olanda da qələbə qazanacaqlarına inanmırdılar. Halbuki, özünəinam daha böyük olmalıdır. Klublarımızda da bu iş üzərində çalışmağa ehtiyac var. Futbolçular yığma komandalara hazır gəlməlidirlər. Yığmamızın üzvləri taktiki cəhətdən də savadsız təsir bağışlayırlar.

- Avropada bu yaşda futbolçulara hazır kadr gözü ilə baxılır. Amma bizdə hələ də onlar perspektivli futbolçu hesab olunurlar...
- Təəssüf ki, elədir. Əvvəllər belə deyildi. Almaniya səfəri zamanı əvvəldən axıra kimi komanda ilə birgə oldum və futbolçularımızın nə işlə məşğul olduğunu diqqətlə izləməyə çalışdım.

- Nə işlə məşğul olurdular ki?
- Təəssüf ki, futbol barədə az danışılır. Müxtəlif mövzuları müzakirə edirlər, amma futbolu yox. Sadəcə, "Neftçi"nin iki futbolçusunun təyyarədə kitab oxuması xoşuma gəldi. Bu, müsbət amildir və məni sevindirdi.

- Azərbaycanın U-19 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsindəki çıxışı barədə nə deyə bilərsiniz?
- Komandamız bu qrupdan çıxa bilərdi. İlk oyunda yığmamızın rəqibi - Ukrayna çox güclü idi (0:4). Millimiz həmin görüşdə çox zəif çıxış etdi. Türkiyə ilə oyunda müsbət nəticəyə imza atmağa çox yaxın və borclu idik. Amma penaltini vura bilmədik. Bu da futbolçularımızın özünəinamının az olmasının göstəricisi sayıla bilər. Son turda Bosniya və Herseqovina ilə oyunda qazanılan qələbə isə bizə heç nə vermədi.

- İstənilən halda U-19 elit mərhələyə vəsiqə qazana bilmədi...
- Nazim Süleymanovun problemləri var idi. Digər tərəfdən o, yaxşı komanda yaratmağa çalışır. Amma buna nail olmaq elə də asan deyil. Komanda demək olar ki, iki hissəyə bölünür. Bəzi futbolçular Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatda, qalanları isə U-19-lar arasındakı birincilikdə top qovur. U-19-lar arasındakı çempionatın səviyyəsi çox aşağıdır. İstənilən halda Məşqçilər Komitəsi tezliklə bir araya gələcək və Nazim Süleymanovdan seçmə mərhələdəki çıxışa görə hesabat tələb edəcək.

- Azərbaycanın əsas yığmasının Moldova ilə yoxlama oyunundan nə gözləyirsiniz?
- Hər oyun üçün rəqibin kimliyindən, matçın statusundan asılı olmayaraq, bir hədəf olmalıdır. Robert Prosineçki ilə söhbət etmişik. Onun dediyinə görə, bir sıra futbolçuları sınaqdan keçirmək fikrindədir. Biz hələ Rəşad Sadıqovun qalıb-qalmayacağını bilmirik. Getsə, artıq indidən müdafiənin mərkəzinə futbolçu axtarmalıyıq. Yığmada hücumçu problemi də var. Bu mövqe Azərbaycan futbolu üçün problem olaraq qalır. Moldovaya gəlincə, onların Rusiyaya qarşı hər iki oyununu izləmişəm. Yaxşı komandadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.