16 noyabr 2015 15:20
Əfran İsmayılov: Reytinqi yaxşılaşdırmaq üçün Moldovaya qalib gəlməliyik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov sabah Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yoxlama görüşü olsa da, biz oyuna çox ciddi hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. FİFA reytinqindəki mövqeyimizi unutmamalıyıq. Bunu hər oyunda düşünməliyik. Reytinqi yaxşılaşdırmaq üçün isə qələbə qazanmağımız lazımdır. Həm də yeni seçmə mərhələyə hazırlaşmalıyıq. Bu hazırlıq da indidən başlamalıdır. Öz meydanımızda oynayacağıq. Deməli, qələbə qazanmaq lazımdır. Zədəlilərimiz var. Amma ümid edirəm ki, onların yoxluğu bu görüşdə özünü hiss etdirməyəcək və müsbət nəticə qazana biləcəyik".
