16 noyabr 2015 14:20

"Azərbaycanda dil problemi ilə üzləşmədik"

Xəbər verdiyimiz kimi, Türkiyənin "Trabzonspor" klubunun U-17 komandasının futbolçuları Doğukan Öksüz və Murat Cem Akpınar AFFA rəhbərliyinin istəyi ilə bundan sonra milli komandamızın şərəfini qoruyacaq. Azerisport.az xəbər verir ki, sözügedən futbolçular bununla bağlı qardaş ölkə mətbuatına açıqlama veriblər:

Doğukan Öksüz: "Türkiyə millisindən mənə dəvət gəlmədi. Amma belə bir dəvəti Azərbaycan yığmasından aldım. Mən də şansımı sınamaq istədim və getdim. Bizi çox yaxşı qarşıladılar. Turnirlərə qatıldıq, beynəlxalq oyunlarda iştirak etdik. Bu oyunlar bizi daha da inkişaf etdirdi. Qazaxıstanda keçirilən turnirdə ən yaxşı hücumçu mükafatına layiq görüldüm. Azərbaycanda heç bir dil problemi ilə üzləşmədik. Bizə qarşı çox yaxşı davranırlar, öz aralarında görürlər. Bu üzdən də orada özümüzü yad hiss etmirik. Sonralar hansı yığmada oynayacağıma dair qərar verməmişəm. Zamanı gələndə şərtlər necə tələb etsə, elə də qərar verəcəyəm".

Murat Cem Akpınar: "Milli komandamızdan bir təklif gəlmədi, Azərbaycan istədi. Heç düşünmədən məşqçilərimlə danışaraq, qəbul etdim. Təklif gələndə həyəcanlanmışdım. Bizi çox isti qarşıladılar, çox yaxşıdırlar. Orada heç bir sıxıntı ilə üzləşmirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.