16 noyabr 2015 13:45

Şəmkirin prezidenti: Başlıca məqsəd Premyer Liqaya qayıtmaqdan ibarətdir

Birinci divizionda yüksək yerlər uğrunda mübarizəni davam etdirən “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyəti üçün təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, “Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə əminliyini vurğulayıb.

Şəmkirdə yaşayan müəssisə rəhbərləri, sahibkar, ziyallılar da klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Klub prezidenti Fərid Hüseynov “Şəmkir” klubunda böyük işlər getdiyini, klubun gələcəkdə Azərbaycan Premyer Liqasında mübarizə aparması üçün əllərindən gələni edəcəklərini deyib: "Məqsədimiz "Şəmkir" klubunun əvvəlki şöhrətini qaytarmaqdır. Şəmkir təmsilçisi hər zaman iddialı klublar sırasında olub. Hazırda 1-ci divizionda mübarizə aparırıq, başlıca məqsəd yaxın gələcəkdə Premyer Liqaya qayıtmaqdan ibarətdir. Şəmkir fəalları və azarkeşlərin köməyi sayəsində biz komandaya əvvəlki əzəmətini qaytara bilərik".

Tədbirdə çıxış edən "Şəmkir" klubunun futbolçuları və məşqçi heyəti birinci divizionda çempionluq uğrunda mübarizəni sona qədər davam etdirəcəklərini bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.