16 noyabr 2015 11:45
Vəli Qasımov: Neftçinin yeni baş məşqçisi əcnəbi olacaq
"Neftçi"nin idman direktoru Vəli Qasımov yeni baş məşqçi axtarışlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin yeni baş məşqçisi əcnəbi olacaq. Klubun Müşahidə Şurasının son iclasında bizə belə tapşırıq verildi. Qışa qədər yeni baş məşqçi tapmalıyıq. Elə bir mütəxəssis tapmalıyıq ki, komandaya, futbolumuza qısa zamanda uyğunlaşa bilsin, qurmaqda olduğumuz strukturu dağıtmasın. Hələ namizədlər yoxdur. Amma tezliklə namizədlərin siyahısını hazırlayacağıq".
