16 noyabr 2015 11:15

Vyaçeslav Sofroni: Azərbaycanla oyun Moldova üçün çox yaxşı şansdır

Moldova yığmasının və "Bakı"nın sabiq hücumçusu Vyaçeslav Sofroni Azərbaycana qarşı yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Azərbaycan - Moldova oyunundan nə gözləyirsiniz?
- Əminəm ki, çox maraqlı oyun olacaq. Yığmamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində uğursuz çıxış etdi. Mənim fikrimcə, Azərbaycanla oyun bu baxımdan millimiz üçün çox vacibdir. Çünki yaxşı nəticə komandamızın özünə gəlməsinə kömək edə bilər. Bilirəm ki, yığmamız qələbə qazanmaq üçün əlindən gələni edəcək.

- Bu oyun Moldova yığmasına nə verəcək? Daha güclü rəqiblə oynaya bilməzdinizmi?
- Azərbaycan üzərində qələbə komandada özünəinamı geri qaytaracaq. Bundan əlavə, bu oyun gənclər üçün özlərini göstərmək baxımından bir şansdır. Onlar özlərini yaxşı tərəfdən göstərə bilsələr, yaxşı maliyyə imkanları olan klubların diqqətini cəlb edə bilərlər. Bir sözlə, Azərbaycanla oyun Moldova üçün yaxşı şansdır.

- Moldova futbolunun səviyyəsi hazırda elə də yüksək deyil. Sizcə, bunun səbəbi nədir?
- Bəli, hazırda yığmamız elə də yüksək səviyyədə çıxış etmir. Çox təəssüf ki, Moldova çempionatının da səviyyəsi aşağıdır. Hazırda daxili çempionatda çempionluq uğrunda elə də yüksək rəqabət yoxdur. Klubların sayı elə də çox deyil. Müəyyən problemlər var ki, onlar klubların, futbolçuların inkişafına mane olur.

- Moldova yığmasının futbolçularını güclü saymaq olar?
- Yığmaya hazırda ən yaxşı futbol sərgiləyən futbolçular dəvət olunublar. Onlar indi optimal formadadırlar. Çox istəyərdim ki, uşaqlar Bakıda yaxşı oyun sərgiləsinlər, qələbə qazansınlar. Çünki bu qələbə yığmamıza çox lazımdır.

- Bəs proqnozunuz necədir?
- Proqnoz verməyəcəyəm. Çox istəyərdim ki, komandalar dinamik, maraqlı futbol sərgiləsinlər, amma sonda qələbəni bizim yığma qazansın.

- Azərbaycan yığması barədə fikirləriniz necədir?
- Onlar üçün kollektiv oyun daha vacibdir. Bu, yığmanıza uğur qazandıra bilər. Azərbaycan yığmasının necə yaxşı oyun sərgilədiyini dəfələrlə görmüşəm. Buna da yalnız kollektiv oyun sayəsində nail olublar. Azərbaycan yığması taktiki baxımdan yaxşı hazırlığa malikdir. İntizamlı oynamağa da xüsusi diqqət yetirirlər. Futbolçular özlərinə inananda, bu, uğur qazanmağa kömək edir. Buna misal olaraq Türkiyə üzərindəki qələbəni göstərmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.