16 noyabr 2015 11:30
Anar Nəzirov: Ziyə niyə də Avropa Liqasına vəsiqə qazanmasın?
"Zirə"nin qapıçısı Anar Nəzirov komandasının Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız mövsümün startı ərəfəsində formalaşıb. Bizim əsas hədəfimiz hər oyundan maksimum nəticə ilə ayrılmaqdır. Ona görə də bu tempdə davam etsək, niyə də Avropa Liqasına vəsiqə qazanmayaq? Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək. Biz öz işimizi görməyə davam edirik".
