16 noyabr 2015 00:20
Bəhlul Mustafazadə: Bosniya ilə oyuna ancaq qələbə üçün çıxmışdıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Bəhlul Mustafazadə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Meydana ancaq qələbə üçün çıxmışdıq. Bunun üçün nə lazım idisə, əlimizdən gələni etməyə çalışdıq. Bizə 2:0 hesabıyla qalib gəlmək lazım idi ki, qrupdan çıxa bilək. Amma təəssüf ki, bəzi epizodlarda bəxtimiz qətiyyən gətirmədi. Futbolçularımız son oyunda meydanda canlarını qoydular. Buna görə onlara minnətdarlığımı bildirirəm". (CBC)
