16 noyabr 2015 00:00

Qəbələdə 4 qolluq yoxlama matçı

“Qəbələ” ötən gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib.

Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib. Ukraynalı mütəxəssis U-19-la qarşılaşmada aşağıdakı start heyətini meydana buraxıb: Andrey Popoviç, Vitali Vernidub, Rafael Santos, Qismət Alıyev, Rikardinyo, Aleksey Qay, Derlis Meza Kolli, Georgi Floresku, Aleksey Antonov, Samir Zərgərov, Vaqif Cavadov.

Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. “Qəbələ” 35-ci dəqiqədə hesabı açıb. Floresku Hüseynqulu Quliyevin yetirmələrinin qapısına yol tapıb. 5 dəqiqə sonra Aleksey Antonov fərqi artırıb. Oyunun gedişində bir sıra əvəzetmələrdən istifadə edən Qriqorçuk David Pietrzkieviç, Asif Məmmədov, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Murad Musayev, Vüqar Nadirov, Şamil Camaləddinov, Vadim Abdullayevə də şans verib. “Qırmızı-qaralar” U-19-un qapısına 3-cü qolu 65-ci dəqiqədə vurub. Floresku oyunda dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə isə Asif matçda son nöqtəni qoyub – 4:0.

Topaz Premyer Liqasının 13-cü turuna hazırlaşan komanda bu gün növbəti məşqinə çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşq keçərək, “Sumqayıt”la noyabrın 21-də baş tutacaq matçın hazırlıqlarını davam etdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.