15 noyabr 2015 15:15

Samir Əliyev: O, ən yaxşı namizəd idi

"Neftçi"nin sabiq baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- Artıq "Neftçi"ni rəsmən tərk etmisiniz. Qış fasiləsinə kimi gözləyə bilməzdiniz?
- Əslində, mən "Qəbələ" ilə oyundan sonra istefa vermişdim. Sadəcə, o vaxt istefam qəbul edilmədi. Amma "Rəvan"a məğlubiyyətdən sonra istefaya gedəcəyimə dair qəti qərara gəldim.

- "Neftçi"dəki işinizi necə qiymətləndirə bilərsiniz?
- Çox adam deyirdi ki, Samir Əliyev üçün "Neftçi"ni çalışdırmaq tezdir. Amma mənə elə gəlir ki, bu 4-5 ayda böyük təcrübə toplamış oldum. Premyer Liqada çıxış edən komandanı çalışdırmaq maraqlı idi. Bəzi matçlarda cəza və zədəlilərin olması səbəbindən istədiyimiz kimi oynaya, nəticə qazana bilmədik. Bütün bunlar sabit çıxış etməyimizə təsir göstərirdi.

- Sizcə, Əsgər Abdullayevin gəlişi ilə "Neftçi"də hər şey düzələcək?
- Mən sadəcə, "Neftçi"nin bu gün altıncı sırada qərarlaşmasına cavabdehəm və məsuliyyətdən qaçmaq fikrim yoxdur. Əsgər Abdullayevin rəhbərliyi altında həm gənclərdən ibarət, həm də əsas millidə oynamışam. İnanıram ki, Abdullayev komandanı bu vəziyyətdən çıxaracaq. Onun böyük təcrübəsi var. Ona "Neftçi"də uğurlar arzulayıram.

- "Neftçi"dəki işinizi uğurlu hesab edirsiniz, ya əksinə?
- Geridə qalan dövrdə bu komandada 7-8 yerli futbolçunu yoxladım. Avropa Liqasındakı oyunumuzda 18 yaşlı Kamran Nəcəfzadəyə şans verdim. Bu oyunlar həmin gənclərə çox faydalı oldu.

- Əsgər Abdullayevin sizin yerinizə təyinatı nə dərəcədə gözlənilən oldu?
- Bu gün Əsgər Abdullayev "Neftçi"ni yaxşı tanıyan mütəxəssislər arasında ən yaxşı namizəddir. Qarşıda 6 çempionat və 1 kubok oyunu var.

- Karyeranızı harada davam etdirəcəksiniz?
- Noyabrın 16-da Kiyevə gedəcəyəm. Orada Pro kateqoriyalı məşqçi kurslarına qatılacağam. Klub rəhbərliyi də mənim bu kurslarda iştirakımı dəstəkləyir, öyrənməyimi istəyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.