15 noyabr 2015 11:40
Bədavi Hüseynov: İli qələbə ilə başa vurmaq istəyirik
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov noyabrın 17-də Moldovaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığma səviyyəsində ilin son oyunudur. İli qələbə ilə başa vurmağı çox istəyirik. Komandalar demək olar ki, eyni səviyyədədir. Bu isə matçın maraqlı keçəcəyindən xəbər verir. Belə oyunlarda bütün futbolçulara şans vermək, onları yoxlamaq olar. Bu üzdən də düşünürəm ki, az forma şansı qazanan futbolçularımız üçün Moldova ilə görüş bir şansdır. Moldovaya qalib gəlməyə çalışacağıq".
