15 noyabr 2015 20:00

Millimiz son oyunda qalib gəlsə də, qrupdan çıxa bilmədi

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 5-ci qrupun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Bakıda təşkil olunan bu qrupun həlledici turunun görüşləri eyni vaxtda start götürüb.

Keçirdiyi ilk iki oyunda məğlubiyyətlə üzləşən (Ukraynaya 0:4, Türkiyəyə 0:1) Azərbaycan yığması son turda Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Rəqibimiz bizdən fərqli, ilk turda Türkiyəyə qalib gəlib (2:1), Ukraynaya isə uduzmuşdu - 1:3. Komandamız ilk iki görüşdə uduzsa da, qrupdan çıxmaq şansı var idi. Belə ki, futbolçularımız son matçda iki cavabsız qolla qalib gəlməli, Türkiyə isə Ukraynaya məğlub olmalı idi. Amma təəssüf ki, bunların heç biri baş verməyib. Komandamızın gücü yalnız minimal hesablı qələbəyə çatıb.

Qrupun digər oyununda isə lider Ukrayna Türkiyə ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ukraynalılar 3 cavabsız qolla üstünlük qazansalar da, sonradan 4 qol buraxaraq, meydanı məğlub tərk ediblər. Beləliklə, yığmamız qrupda qaldığı halda, növbəti mərhələyə Ukrayna və Türkiyə yüksəlib.

AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup

15 noyabr

Ukrayna - Türkiyə - 3:4 (3:0)
Qollar: M.Şved, 3 (1:0). A.Şebetun, 15 (2:0). A.Pixalonok, 29 (3:0). A.Canlı, 49 (3:1). C.Ündər, 70-pen. (3:2). B.Özcan, 76 (3:3). M.Bəşir, 78 (3:4).
Qırmızı vərəqə: V.Senitsa, 69 (Ukrayna). B.Mixayliçenko, 71 (Ukrayna).
Baş hakim: Nicolas Rainville (Fransa).
Bakı. "Dalğa Arena".

Azərbaycan - Bosniya və Herseqovina - 1:0 (1:0)
Qol: B.Mustafazadə, 41 (1:0).
Sarı vərəqə: E.Turabov, 9. E.Həsənzadə, 68. F.Kərimzadə, 78. R.Babazadə, 79. Z.Mustedanaqiç, 84. Y.Nəbiyev, 90+1.
Qırmızı vərəqə: S.Leliç, 74.
Baş hakim: Eyko Saar (Estoniya).
Bakı. "Bayıl Arena".

Azərbaycan: 1. Tolqa Şahin, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə (k), 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev. 16. Eltun Turabov, 17. Fərid Kərimzadə (23. Elçin İsmayılov, 90+1), 18. Əli Səmədov, 19. İsmayıl İbrahimli (11. Emil Həsənzadə, 66), 20. Roman Hüseynov, 9. Rəsul Babazadə.
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 3. Ayxan Əsədov.
Baş məşqçi: Nazim Süleymanov.
Bosniya və Herseqovina: 1. Əmir Çutahiya, 2. Advan Kaduşiç, 5. Kamal Osmankoviç, 6. Arman Çoroviç, 7. Elmədin Heriç, 13. Darko Todoroviç, 4. Zinədin Mustedanaqiç, 8. Əmir Hacıəhmətoviç, 10. Amer Qoyak (k), 17. Ermədin Dəmiroviç (18. Vedad Qliva, 69), 9. Vladimir Kremenoviç (11. Sanin Leliç, 46).
Ehtiyat oyunçular: 12. Azir Muminoviç, 3. Omar Paşaqiç, 14. Stepan Radeliç, 16. İsmayıl Durakoviç, 15. Darko Yoviç.
Baş məşqçi: Toni Karaçiç.

Qrupda son durum: Türkiyə, Ukrayna - 6, Azərbaycan, Bosniya və Herseqovina - 3.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.