14 noyabr 2015 13:20
Şehiç izlədi, Bosniya İrlandiya ilə sülh bağladı
Bosniya və Herseqovina yığması AÇ-2016-nın final mərhələsinə vəsiqə uğrunda ilk pley-off oyununa çıxıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin komandası doğma meydanda İrlandiya ilə üz-üzə gəlib.
Qarşılaşmada hesabı qonaqlar açsa da, sonradan bosniyalılar bərabərlik qolunu vurmağı bacarıblar. Nəticədə bu oyun 1:1 hesabıyla başa çatıb. Ağdam klubunun qapıçısı bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Bosniya və Herseqovina yığması İrlandiya ilə cavab matçın noyabrın 16-da çıxacaq.
