14 noyabr 2015 13:00
Horst Hrubeş: Azərbaycanla oyunda birinci qol buraxmağımız xoşuma gəlmədi
Almaniyanın U-21 yığmasının baş məşqçisi Horst Hrubeş AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu (3:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Vacib üç xal qazandığımızı qeyd etməliyəm. Baxmyaraq ki, birinci qol buraxmağımız xoşuma gəlmədi. Hesabda geridə olan tərəf kimi çıxış etməyimizi istəmirdim".
