14 noyabr 2015 12:00

Derlis Meza Kolli: Premyer Liqa əvvəlki mövsümlərlə müqayisədə çox zəifləyib

"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kollinin azerisport.az saytına müsahibəsi

- Artıq iki aydır "Qəbələ"də çıxış edirsiniz. Amma biz hələ də "İnter"də inamlı çıxışı ilə diqqət çəkən Derlisi görə bilməmişik. Yəni sizin "Qəbələ"yə uyğunlaşmağınız üçün əlavə vaxta ehtiyacınız var?
- Xeyr, fikrimcə, buna vaxt lazım deyil. Mən əvvəlki oyunumu sərgiləməyə çalışıram. Sadəcə, "Qəbələ" mənim üçün yeni klubdur. Mümkün qədər çox faydalı olmağa çalışıram. Yəni elə əvvəlki Derlisəm.

- Dortmundda Almaniya "Borussiya"sına qarşı keçirdiyiniz son Avroliqa matçında 0:4 hesabı ilə uduzdunuz. Demək olar ki, sizin pley-offa çıxmağınız artıq arzu olaraq qalacaq?
- Biz "Borussiya"ya ardıcıl iki oyunda uduzmaq istəmirdik. Hədəfimiz uğur qazanmaq idi. Amma buna nail ola bilmədik və yenə məğlubiyyətlə üzləşdik.

- Qarşıda PAOK və "Krasnodar"la oyunlar var. Bu görüşlərdən hansında sizdən qələbə gözləyək?
- Hər iki görüş çətin olacaq. Çünki Avroliqada asan oyun olmur. Yunanıstanda qələbəyə oynayacağıq. Qələbə qazansaq, şansımızı artıra bilərik.

- "Qəbələ" Premyer Liqadakı son dörd oyununda da qələbə qazana bilməyib. Bunun səbəbi nədir?
- Elitada çıxış edən bütün klublar gücləniblər. Onların hamısı bizə qarşı böyük motivasiya ilə oynayırlar. Ümid edirəm ki, uğursuz oyunlarımızın hamısı geridə qalıb və bundan sonra qələbələrə qazanmağa başlayacağıq və xal itirməyəcəyik.

- Bu xal itkiləri "Qəbələ"ni çempionluq mübarizəsindən kənar qoya bilər. Çünki hazırda lider "Qarabağ" rəqib tanımır...
- Bu il çempionat əvvəlki mövsümlərlə müqayisədə çox zəifdir. Aydın məsələdir ki, çempionluq uğrunda cəmi iki klub mübarizə aparır. Biz "Qarabağ"la rəqabət yaratmaq istəyiriksə, xal itirməməliyik.

- Azərbaycan Premyer Liqasında çıxış etməklə Paraqvay yığmasına dəvət almaq çox çətindir?
- Mən Paraqvay yığmasında oynamağı arzulayıram. İnanıram ki, nə vaxtsa ölkəmin yığma komandasının formasını geyinəcəyəm.

- Bəs Azərbaycan yığmasına çıxış etmək barədə düşünməmisiniz?
- Azərbaycandakı karyeramdan, burada tanıdığım insanlardan razıyam. Vətənimdən çox uzaqda olsam da, özümü Bakıda evimdəki kimi hiss edirəm. Bu cür münasibətə görə hər kəsə təşəkkürümü bildirirəm. Təbii ki, Azərbaycan yığmasında oynamaqla bağlı təklif alsam, bu barədə ciddi düşünərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.