14 noyabr 2015 00:15

Səməd Qurbanov: Samir Əliyevin aqibətinə Müşahidə Şurası qərar verəcək

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın son turuna təsadüf edən "Rəvan"a məğlubiyyətdən (2:3) sonra çox dilxor görünürdünüz...
- Komanda bu qədər pis oynayırsa, çempionatın autsayderinə uduzursa, necə olmalı idim?

- "Neftçi"də nə baş verir?
- Mən futbolçularımızın niyə belə oynadığını başa düşə bilmirəm. Onlar belə böyük komandaya düşüblər. Məgər onlar harada oynadıqlarını anlamırlar?

- Bəlkə müqavilə imzalayarkən onlara bunu yaxşı başa salmayıbsınız...
- Onlara hər şey izah olunub. Özləri də hər açıqlamada "Neftçi"nin necə böyük klub olduğunu deyirlər. Amma nədənsə bu, oyunda öz əksini tapmır. Oyundan sonra "Rəvan"dan buraxdığımız qollara bir neçə dəfə baxmışam. Bu necə mümkündür axı? Başa düşə bilmirəm.

- Nə etməyi düşünürsünüz?
- Yaxın günlərdə Müşahidə Şurasının iclası keçiriləcək. Orada qərar verəcəyik.

- Bəlkə futbolçuları cərimə etmək lazımdır?
- Yadınızdadırsa, biz futbolçulardan əvəzedici komandaya da göndərmişdik. Pul cəriməsinə gəlincə, bu məsələ də Müşahidə Şurasında müzakirə olunacaq.

- Samir Əliyevə hörmətimiz olsa da, sizə elə gəlmir ki, komandanı bu vəziyyətdən ancaq təcrübəli məşqçi çıxara bilər?
- Gəlin bir qədər gözləyək. Müşahidə Şurasında hər şeyə qərar veriləcək.

- Qarşıda "Böyük oyun" var. Növbəti məğlubiyyətdən ehtiyatlanmırsınız?
- Buna yol vermək olmaz. Komandanı "Xəzər Lənkəran"la oyuna qədər toparlamaq lazımdır. Onlar sınmamalıdırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.