13 noyabr 2015 21:00

Xəzər Lənkəran Böyük oyun üçün toplanır

Premyer Liqanın 12-ci turundan sonra yaranan fasilə "Xəzər Lənkəran" üçün başa çatıb. Azerisport.az xəbər verir ki, qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşan “Xəzər Lənkəran” mövsümün ikinci “Böyük oyun”unun hazırlığına start verib.

Ciddi itkilərə rəğmən komanda bu gün toplanaraq hazırlığa başlayıb və oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar. Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu “Böyük oyun”un hazırlığına gec qosulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədirlər.

Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da, təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir. Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzdeci heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.