13 noyabr 2015 20:40
Tural Hümbətov: Almaniya yığmasından niyə qorxmalıyıq ki?
Azərbaycanın gənclərdən ibarət yığmasının müdafiəçisi Tural Hümbətov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Almaniya zəif komanda deyil. Amma biz onlardan xal almağa çalışacağıq. Onlar da bizim kimi futbolçulardır. Niyə onlardan qorxmalıyıq ki? Meydana çıxıb, inamlı oyun sərgiləmək lazımdır. Bu oyundan sonra doğma meydanda Rusiyanı qəbul edəcəyik. Bu komandada Ramil Şeydayevlə Ayaz Quliyevin çıxış etdiyini bilirik. Şeydayevi uşaqlıqdan tanıyıram. Onunla bir komandada oynamışıq. Amma Quliyevlə tanış deyiləm. Komandamızın əsas problemi uzun müddət birgə oynamamağımız, bir-birimizi yaxşı başa düşməməyimizdir".
