13 noyabr 2015 19:40

Adil Nağıyev: Almaniyanı səfərdə məğlub etmək çox çətindir

Azərbaycanın U-21 yığmasının və "Zirə"nin müdafiəçisi Adil Nağıyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Yığmamızdan Almaniya ilə səfər oyununda nə gözləyək?
- Almaniya futbolunun səviyyəsi bütün dünyaya bəllidir. Bu komandanı onun meydanında məğlub etmək çox çətindir. Amma buna baxmayaraq, yaxşı oyun sərgiləməyə, nəticə qazanmağa çalışacağıq.

- Avstriyaya biabırçı məğlubiyyətdən sonra komandamızda motivasiya var?
- Həmin oyundan sonra komandada vəziyyət yaxşı deyildi. Çünki bu cür uduzmaq qəbulolunmazdır. Amma bu, futboldur. İndi komandada hər şey normaldır. Almaniya ilə oyuna daha ciddi və yüksək motivasiya ilə çıxacağıq.

- Almanlarla görüşdən sonra sizi Rusiya ilə də oyun gözləyir. Bu iki görüşdə neçə xal toplamağı planlaşdırırsınız?
- Almaniya ilə görüşdə xal qazansaq, bu, bizim üçün böyük nəticə olacaq. Amma almanlarla görüşün nəticəsindən asılı olmayaraq, Bakıda Rusiyaya qarşı ancaq qələbəyə oynayacağıq. Hələlik isə ancaq Almaniya ilə oyunu düşünürük. Rusiya ilə oyunu bu görüşdən sonra düşünəcəyik.

- Premyer Liqadakı çıxışınızdan danışaq. 12-ci turda "Sumqayıt"a qol vurdunuz, komandanız isə alib gəldi...
- Çox çətin və maraqlı oyun oldu. Bizi bu görüşdə ancaq üç xal qane edirdi. Şadam ki, buna nail olduq. Qol vurmağım da sevindirici oldu. Komandama təkcə müdafiədə yox, hücumda da faydalı olmağım xoşdur.

- Mövsümün əvvəlində mərkəz müdafiəçisi kimi çıxış edirdinizsə, son oyunlara cinah müdafiəçisi kimi çıxırsınız. Bəs sizin özünüzə hansı mövqedə oynamaq daha rahatdır?
- Müdafiənin mərkəzi mənim əsas mövqeyimdir. Orada oynamaq mənə rahatdır. Ama tədricən cinah müdafiəçisi mövqeyinə də alışıram. Demək olar ki, özümü bu mövqedə də rahat hiss edirəm. Ona görə də indi hansı mövedə oynamağımın fərqi yoxdur.

- "Zirə"nin bu mövsüm üçün hədəfi nədir?
- Çempionat yeni başlayanda biz ancaq yaxşı oynamağa, müsbət nəticələr qazanmağa çalışırdıq. Amma son dövrlərdəki çıxışımız göstərir ki, biz hətta Avropa Liqasına vəsiqə qazanmağa da layiqik. Artıq yaxşı nəticələr qazanıb, Avroliqaya vəsiqə əldə etməyə çalışacağıq.

- Növbəti turda sizi "Rəvan"la oyun gözləyir...
- Bizim üçün çətin səfər oyunu olacaq. "Rəvan" son turlarda yaxşı oyun sərgiləyir. Səfərdə "Neftçi"yə qalib gəldilər. Amma bu, bizi qorxutmur. Hədəfimiz qələbə qazanmaqdır.

- "Zirə"nin çempion olmaq şansı var?
- Futbolda hər şey mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.