13 noyabr 2015 18:00
Bədavi Hüseynov: Mövsümü qələbə ilə başa vurmaq istəyirik
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Moldovaya qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, ilin son oyunudur. Matça hazırlaşırıq. Rəqib demək olar ki, bizim komanda ilə eyni səviyyədədir. Mövsümü qələbə ilə başa vurmaq istəyirik. Avrokuboklarda böyük təcrübəmiz var. Fikrimcə, bu, millidəki çıxışımıza da müsbət təsir göstərəcək".
