13 noyabr 2015 17:00
Kamran Ağayev: Moldova ilə görüş yoxlama xarakterli olsa da, bizim üçün vacibdir
Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun qapıçısı Kamran Ağayev Moldovaya qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq üç gündür hazırlıq keçirik. Yığmada kimin olub, kimin olmaması böyük əhəmiyyət daşımır. Komandada atmosfer yaxşıdır. Yoxlama oyunu olmasına rəğmən, bizim üçün çox vacib görüşdür. Çünki nəticə UEFA reytinqinə təsir göstərəcək. Bunun önəmini hər bir futbolçu başa düşür".
