13 noyabr 2015 16:40
Roman Qriqorçuk: Azərbaycanlı hakimlərlə bağlı heç nə xatırlamıram
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk vaxtilə çalışdırdığı Latviya "Dinaburq"u ilə Xorvatiya "Osiyek"i arasında baş tutmuş UEFA Kubokunun cavab oyununda azərbaycanlı hakimlərə rüşvət təklif olunması faktı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə bir şey eşitməmişəm, görməmişəm. Həmin oyundan yadımda qalan yeganə məqam o vaxt çox uzağa getməyimizlə bağlıdır. Hakimlərlə bağlı heç nə xatırlamıram. Bunlar mənim üçün çox təəccüblüdür. Bu, bir növ mənə gülməli lətifə kimi görünür. Belə bir hal mənim o vaxtkı klubumda ola bilməzdi. Həmin videoya baxacağammı? Bu videoya baxmaq əvəzinə görüləsi çox işim var".
