13 noyabr 2015 16:20
Pavel Kapsa: Azərbaycanda 10 aylıq maaşımı almamışam
"Xəzər Lənkəran"ın yayda transfer etdiyi polşalı qapıçı Pavel Kapsa bu komandadan ayrılmasına müsanibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"da oynamaq istədiyimiz həmişə bildirmişəm. Ona görə də oynamağıma qadağa qoyulmasına baxmayaraq, Azərbaycanda idim. Başqa kluba da keçmək istəmədim. Amma Polşaya qayıtdıqdan sonra "Xəzər Lənkəran"dan mənimlə heç kim maraqlanmırdı, danışmırdı. Bundan sonra nə edəcəyimi bilmirəm. Azərbaycanda 10 aylıq maaşımı almamışam. Amma mənim də yaşamağım üçün pula ehtiyacım var. Oynamaq da istəyirəm. "Xəzər Lənkəran"a uğurlar arzulayıram".
