13 noyabr 2015 14:40
Dmitri Nazarov tezliklə yaşıl meydanlara qayıdacaq
Azərbaycan yığmasının və Almaniyanın "Karlsrue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarovun zədəli olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu üzdən o, hətta Azərbaycan millisinin noyabrın 17-də Moldovaya qarşı keçirəcəyi yoxlama matçını da buraxmalı olacaq.
Amma "Karlsrue"nin baş məşqçisi Markus Kauçinski futbolçumuzla bağlı xoş xəbər verib. Onun sözlərinə görə, Dmitri, eləcə də komandasının zədəli olan digər futbolçularının qısa zamanda zədəsini sağaldıb, sıraya dönməsi gözlənilir:
"Hazırda çempionatda fasilə yaranıb. Bu fasilə onların növbəti oyunumuza qədər sağalıb, sıraya dönməsinə şərait yaradır".
