13 noyabr 2015 13:00
Sərxan Hacıyevə beynəlxalq təyinat
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Gənclər Liqasının qrup mərhələsində noyabrın 25-də, Moskva şəhərindəki “Oktyabr” stadionunda keçiriləcək ÇSKA (Rusiya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.
