13 noyabr 2015 12:45
Mahir Mədətov intizamsızlığa görə yığmanın heyətindən kənarlaşdırıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Mahir Mədətov bu komandadan uzaqlaşdırılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Qarabağ"ın şərəfini qoruyan gənc futbolçu milli komandada intizam qaydalarını kobud şəkildə pozduğuna görə baş məşqçi Nazim Süleymanovun qərarına əsasən, yığmanın heyətindən kənarlaşdırılıb.
