13 noyabr 2015 11:45

Kazbek Tuayev: Robert Prosineçki seçimimiz özünü doğrultdu

Bu gün Azərbaycan futbolunun canlı əfsanəsi Kazbek Tuayevin 75 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, yubilyar bu münasibətlə qonşu Rusiya mətbuatına geniş müsahibə verib.

O, bu müsahibədə yığmamızı çalışdırmış Berti Foqts, eləcə də millimizin indiki baş məşqçisi Robert Prosineçki barədə də danışıb.

- Berti Foqtsun Azərbaycanla mentaliteti üst-üstə düşmürdü. Bizim əsas üstünlüyümüz hücumdur, improvizasiyadır. Amma Foqtsun təbiətində ancaq müdafiə, dağıdıcılıq var idi. O, həm də braziliyalı Karlos Alberto Torresin aqibətini yaşamaqdan qorxurdur. Foqtsdan əvvəl çalışan bu mütəxəssis də əla məşqçi idi! Amma Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra ərizəsini yazdı. Bu üzdən də Foqts oyunu müdafiədən qurmağa üstünlük verdi. Azərbaycan - Türkiyə oyununda Foqtsun gözlərindəki çaşqınlığı hələ də yaxşı xatırlayıram. Çünki o, yığmamızın bu qədər kəskin hücumlar qurmağa qadir olduğuna inana bilmirdi.

- Təxminən bir ildir yığmanı Robert Prosineçki çalışdırır. Onunla söhbətiniz olub?
- Bəli. Həm rusca danışır, həm də azərbaycan dilində danışmağa cəhd göstərir. O, daimi olaraq Bakıda yaşayır. Ailəsini da buraya gətirib. Çempionatın demək olar ki, bütün oyunlarına gedir. Bu mütəxəssisin rəhbərliyi altında yığmamız daha yaxşı oynamağa başlayıb. Prosineçkini seçməklə səhv etməmişik. Baxmayaraq ki, federasiya rəhbərliyi bir neçə mütəxəssislə danışıq aparırdı. İcraiyyə Komitəsinin iclasında 25 namizədlə bağlı müzakirə aparmışdıq. Roberto Mançinidən Martin Yola qədər.

- Siz də yaxşı formadasınız. Məşqçiliyi atmağa tələsmədiniz?
- Davam etsəydim,75 yaşıma qədər dəqiq çatmazdım. Mənim yaşımda sağlamlıqla zarafat etmək olmaz. Həm də mən məşqçi çalışmaqdan yoruldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.